İslamiada: Karateçimiz Roman Heydərov yarışa qələbə ilə başlayıb
Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında karatenin kata yarışlarında Azərbaycanı təmsil edən Roman Heydərov mübarizəyə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, karateçimiz səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb.