CƏMİYYƏT
İsmayıllıda 4, 5 bal gücündə növbəti zəlzələ baş verib [YENİLƏNİB] VİDEO
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də İsmayıllıda 4,5 bal gücündə növbəti zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:33-də Pirquludan 13 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb. Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
09:21
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də İsmayıllıda 4,4 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:32-də Pirquludan 15 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb.
Ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.