İSPANİYA FEDERİKO QARSİA LORKANIN QƏTLİNİN 70 İLLİYİNİ QEYD ETDİ
İldönümü ərəfəsində şairin ölümünün yeni təfərrüatı üzə çıxmışdır. Məlum olmuşdur ki, Lorkanın qətlində ona qohum tayfaların üzvlərinin, Franko tərəfdarlarının əli var. Şairi və daha bir neçə yerli sakini Qranada yaxınlığındakı qardaşlıq məzarında dəfn etmişlər.
İspaniya Mədəniyyət Nazirliyi şairi başqa yerdə ehtiramla dəfn etdirmək istəmişdir. Lakin onun ailəsi bu təşəbbüsün əleyhinə çıxmışdır. Şairin qardaşı qızı və Qarsia Lorka Assosiasiyasının başçısı Laura Lorka demişdir: “Biz Federikonun dəfn edildiyi məzarı açmaqla yeni bir şey öyrənməyəcəyik. Bizim üçün bu yer indi qəbiristandır və burada Federiko qətlə yetirilmiş yüzlərlə insanla birlikdə əbədiyyətə qovuşmuşdur”.
Lorkanın ailəsinin məzarın açılmasından imtina etməsi şübhəli fikirlər doğurmuşdur. Çoxları, eləcə də tədqiqatçı İen Gibson əmindirlər ki, qohumları şairin cəsədini hələ müharibə illərində həmin qəbiristandan apararaq, onu ailəyə məxsus olan torpaq sahələrindən birində dəfn etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]