İspaniyada daşınmaz əmlak almaq üçün münasib vaxtdır
Madrid, 27 oktyabr, AZƏRTAC
Standard &Poor's (S&P) reytinq agentliyi Avropanın müxtəlif ölkələrində daşınmaz əmlakın qiymətinin dəyişməsinə dair proqnoz dərc edib.
AZƏRTAC xəbər verir ki, bu siyahıda İspaniya qiymətlərin ən ciddi dəyişməsi gözənilən ölkələrdən biri kimi göstərilir. Belə ki, analitiklər daşınmaz əmlakın qiymətinin əvvəlcə düşəcəyini, sonra isə tezliklə artacağını gözləyirlər.
Koronavirus pandemiyası ilə əlaqədar, cari ilin yekunlarına görə daşınmaz əmlak 1,4 faiz ucuzlaşacaq. Lakin 2021-ci ildə bu qiymətlər 1,8 faiz, 2022-ci ildə 4,5 faiz, 2023-cü ildə 3,6 faiz artacaq.
Bu proqnozlara inansaq, Avropa ölkələrinin çoxunda qiymətlərin artması gözlənilir. Məsələn, Almaniyada gələn il bu artım 2 faiz, Portuqaliyada isə 1,2 faiz olacaq. Lakin analitiklərin fikrincə, 2021-ci ildə qiymətlərin 0,5 faiz azalacağı, sonra isə 0,5-1 faiz artacağı ehtimal edilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]