İspaniyada seçki bülletenlərinin 85 faizi sayılıb: müxalifət liderlik edir
Bakı, 24 iyul, AZƏRTAC
İspaniyada seçki bülletenlərinin 85 faizinin sayılmasından sonra mühafizəkar Xalq Partiyası liderlik edir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə krallığın hökuməti məlumat yayıb.
Beləliklə, 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) əsas müxalifət qüvvəsi - mühafizəkar Xalq Partiyası 135 yer alır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (123 mandat) gəlir. İfrat sağçı “Vox” partiyası 33, solçu “Sumar” hərəkatı isə 31 yer alır. Hökuməti sərbəst formalaşdırmaq üçün hələlik heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]