İSPANİYADA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanın İspaniya Krallığındakı səfirliyində Azərbaycan və türk diasporu nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Səfirlikdən verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra səfir Məmməd Əliyev 1992-ci ilin fevralında erməni millətçilərinin Xocalıda törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat vermiş, bu faciənin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini vurğulamışdır.
Diplomat xüsusi qeyd etmişdir ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtmasından sonra erməni cəlladlarının xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə həqiqət dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Bu cinayətə hüquqi qiymət verilməsinin zəruri olması barədə qətiyyətli tələblər səsləndi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu xətti əzmlə davam etdirir.
Toplantı iştirakçıları erməni cəlladlarının azərbaycanlılara qarşı amansızcasına törətdikləri bu vəhşilikləri qəti şəkildə pisləmişlər.
Xocalı soyqırımı həqiqətlərinin İspaniya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə bu ölkənin nüfuzlu “El Pais”, “El Mundo”, “La Razon” və “ABC” qəzetlərinin jurnalistləri toplantıya dəvət olunmuşdular.
Sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı kitablar, broşürlər, bukletlər və CD-lər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]