Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail eksperti: Ermənistanda millətçilik və antisemitizm dövlət siyasətinin tərkib hissəsinə çevrilib

Bakı, 22 dekabr, AZƏRTAC

Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan onun iştirakı və razılığı olmadan dünyanın Cənubi Qafqaz kimi strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsinin həll edilə bilmədiyi, bölgənin ən güclü dövlətinə və liderinə çevrilib. Azərbaycanın çoxşaxəli xarici siyasətində İsrail Dövlətinin xüsusi yeri var. İsrail Baş naziri Binyamin Netanyahunun bu yaxınlarda Azərbaycana ilk tarixi rəsmi səfəri bir daha təsdiqlədi ki, İsrail və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu İsrailin “Illand TV” internet kanalının “Birbaşa efir” proqramına müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut səsləndirib.

A.Qutun fikrincə, İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. O deyib: “Bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur, həmçinin rəsmi Bakı digər ölkələrdə antisemitizmin bütün təzahürlərini dəfələrlə pisləyib və pisləyir. Təsadüfi deyil ki, bu ölkəyə rəsmi səfərinin başlanğıcında İsrail Hökumətinin rəhbəri yəhudi icmasına xüsusi və səmimi diqqət göstərilən Azərbaycanda multikulturalizm və tolerantlıq amilini yüksək qiymətləndirib. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də Azərbaycanın dünyada təbliğində mühüm və əvəzsiz rol oynayırlar”.

“Birbaşa efir” proqramında çıxış edən Arye Qut vurğulayıb: Tamamilə aydındır ki, İsrail və Azərbaycan arasında belə səmimi və mehriban münasibətlər qonşu Ermənistanda qıcıq doğurmaya bilməz. “2016-cı ilin aprel hadisələrindən sonra biz həqiqətən Ermənistanda antiisrail isteriyası müşahidə edirik, hətta İsraildə erməni icması Azərbaycan-İsrail tərəfdaşlığı əleyhinə etiraz mitinqləri keçirib. Ermənistan tərəfinin tənqidi ilə bağlı deyərdim ki, Azərbaycan və İsrail özləri-özlərinə dost və tərəfdaş seçir, hərbi-texniki sahədə strateji əməkdaşlıq səviyyəsini müəyyən edirlər. Heç kimin buna müdaxilə etmək hüququ yoxdur. Həm də Azərbaycan niyə Ermənistanda üçüncü dövlətin hərbi bazalarının olması və həmin ölkənin Ermənistan Respublikasına hansı hərbi yardım göstərdiyi barədə suallar vermir”, - deyə Arye Qut bildirib.

Proqram çərçivəsində David Kon qeyd edib ki, Ermənistanın “Armenian Report” saytı açıq-aşkar antisemit və antiisrail təbliğatı aparır və hətta İsrail Dövlətini məhv etməyə çağırır. Baxın onlar nə yazırlar: “Bizə İranla, İsrailə qarşı qətiyyətlə köklənmiş ərəb hərbiləşdirilmiş qrupları və təşkilatları ilə daha sıx əməkdaşlıq etmək lazımdır. Bunun üçün Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, “Hizbullah”, “İslami cihad”, HƏMAS, xüsusilə “İzəddin Qəssam briqadaları” ilə yaxın əlaqələri olan erməniləri fəal şəkildə cəlb etməlidir. Yaxın Şərqdəki diaspor təşkilatlarımızın İsraili məhv etmək vədi verən bu təşkilatların maliyyələşdirilməsinə başlaması vacibdir”.

A.Qut hesab edir ki, antisemitizm və faşizmi milli ideologiyasının bir hissəsinə çevirmiş ölkənin “Hizbullah” və HƏMAS kimi terrorçu cərəyanlara dəstək verməsi təəccüblü deyil. İsrailli ekspert vurğulayıb: “Biz ASALA erməni terror təşkilatının Livanın “Hizbullah” terror təşkilatı ilə necə sıx əməkdaşlıq etdiyini yaxşı xatırlayırıq. 2013-cü ilin dekabrında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi “İnformasiya azadlığı haqqında” Qanun çərçivəsində erməni terror qrupları barədə 1984-cü il məruzəsini açıqladı. Bu məruzədə ASALA təşkilatı ABŞ-ın maraqlarına terror təhlükəsi kimi təqdim edilir. ASALA-nın əksər hücumlarının Türkiyə diplomatlarına qarşı həyata keçirilməsi qeyd edilsə də, Qərbi Avropada və ABŞ-da da bir neçə obyektə zərbə endirilib. Bundan əlavə, ABŞ kəşfiyyatı son illərdə Liviya, Suriya və “Hizbullah” terror təşkilatı ilə əlaqələrin xeyli artmasından narahat olmuşdu. Bu məruzədə, həmçinin Qərbi Avropa ölkələrinin ikili standart siyasəti əksini tapmışdı. Çünki bəzi Qərb dövlətləri öz vətəndaşlarına hücum etməmək müqabilində terrorçulara türk hədəflərini təqib etmək azadlığı verməklə, ASALA ilə razılığa gəlmişdi. Ümumilikdə isə, ABŞ kəşfiyyatının iddiasına görə, ASALA və JCAG-ın terrorçu fəaliyyəti nəticəsində 1975-ci ildən Türkiyənin 50 rəsmisi və vətəndaşı öldürülüb, 200-dən çox partlayış törədilib”.

Daha sonra Arye Qut müsahibəsində qeyd edib ki, antisemitizmin və faşizmin dövlət ideologiyasına çevrildiyi, postsovet məkanında antisemitizm üzrə birinci yeri tutan ölkədə İsrail Dövlətinin məhv edilməsinə çağırışları milli ideologiyanın bir hissəsi hesab etmək olar. A.Qut deyib: “Hamı yaxşı bilir ki, Ermənistan şovinizm, millətçilik, faşistlərin və antisemitlərin təriflənməsi Sarkisyan rejiminin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi ən monoetnik ölkədir. Vurğulanmalıdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplar tərifindən həyata keçirilmir. Bunun arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının cinayətkar terrorçu rəhbərliyi durur. Faşist və antisemit general Qaregin Njdeyə abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirakı bir daha sübut edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin əsl və həqiqi varisləri sayırlar. Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsində faşist Njdenin yaradıcılarından biri olduğu 20 minlik erməni legionunun zülmünü heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar var. General Njdenin rəhbərlik etdiyi erməni legionunun məqsədi basqınların törədilməsi, yəhudilərin və alman ordusu üçün “arzuolunmaz” digər xalqların məhv edilməsi idi. Məhz erməni legionunu “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, eləcə də Qərbi Krımın digər rayonları yəhudilərdən qismən təmizlənmişdi. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitin milli qəhrəman səviyyəsinə yüksəldilməsinə, üstəlik, bundan sonra ermənilərin biz israillilərə vicdan, əxlaq və ədalət dərsi verməsinə laqeyd baxa bilərikmi?! Ermənistanın bəzi “yəhudi” rəhbərləri isə mənə sübut etməyə çalışacaqlar ki, Ermənistanda heç bir antisemitizm, yəhudilərə və İsrailə nifrət yoxdur”.

Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrildiyini deyən A.Qut qeyd edib: “Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası kimi belə sıx və səmimi münasibətləri yoxdur. Şübhəsiz, İsrail və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və dəstəklədiyini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycana kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələrində İsrailin yüksək texnologiyaları lazımdır və bu siyahını davam etdirmək olar. Eyni zamanda, ölkələrimiz təhsil, humanitar və mədəni layihələri təşviq edirlər”.

Ekspertin fikrincə, İsrail müasir Azərbaycan rəhbərliyinin iyirmi minlik yəhudi icmasına həqiqi və səmimi münasibətdə rolunu yüksək qiymətləndirir. Arye Qut İsrailin “Illand TV” internet kanalına müsahibəsinin sonunda deyib: “Azərbaycan ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal edilib, ölkə əhalisinin hər yeddinci sakini qaçqındır. Azərbaycan sivilizasiyalararası dialoqun nümunəsidir. Hər dəfə təkrarlamaqdan yorulmuram: mənə müsəlman və ya xristian olsun, daha bir ölkə göstərin ki, orada Prezidentin himayəsi ilə iki sinaqoq və ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının dövlət səviyyəsində real işlərlə hərtərəfli dəstəkləndiyi nadir ölkədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib