İsrail “Hizbullah”ın mövqelərinə raket zərbələri endirib
Bakı, 1 aprel, AZƏRTAC
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları “Hizbullah” şiə qruplaşmasının Livanın cənubundakı Raşaya-əl-Fuxxar bölgəsindəki mövqelərinə və “Əl-Cəma əl-İslamiyyə” sünni qruplaşmasının Əl-Xəbbariyə kəndi yaxınlığındakı mövqelərinə zərbələr endirib.
AZƏRTAC Al Mayadeen telekanalına istinadla xəbər verir ki, “Hizbullah” qruplaşmasının mövqelərinə azı altı raket atılıb. Gecə saatlarında isə İsrail PUA-ları yerli jandarma qərargahının yerləşdiyi “Tell-Nahhas” bölgəsindəki evlərdən birinə hücum edib.
Martın 31-də İsrail Hərbi Hava Qüvvələri Livan ərazisində ümumilikdə 15 hava hücumu həyata keçirib. Zərbələr nəticəsində 12 ev dağılıb, 45 evə isə zərər dəyib. Yəhudi dövlətinin quru qoşunları isə Livanın doqquz kəndini artilleriya atəşinə tutub.
Qeyd edək ki, bölgədə vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Livanın cənubunda 73 mülki şəxs və “Hizbullah” qruplaşmasının 300-dən çox döyüşçüsü ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]