İsrail Qəzza zolağının şimalında əməliyyatların aktiv mərhələsini başa çatdırıb
Bakı, 16 yanvar, AZƏRTAC
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv hücum əməliyyatlarını başa çatdırıb.
AZƏRTAC “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, həmin ərazidə HƏMAS-ın bütün bölmələri məğlub olub.
Nazir vaxtı dəqiqləşdirmədən əməliyyatın aktiv mərhələsinin tezliklə zolağın cənubundakı Xan Yunis ərazisində başa çatacağını deyib. “Bu zonada israilli hərbçilər qruplaşma liderlərini təqib edir, həmçinin Rəfahdakı yerüstü yolları və yeraltı tunelləri kəsməyə çalışır”, - deyə Yoav Qallant vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]