İSRAİL QOŞUNLARINI FƏLƏSTİN ƏRAZİLƏRİNDƏN ÇIXARMAĞA BAŞLAYACAQ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İsrail hərbi bölmələrini Samariya və İudeyanın əsasən fələstinli ərəblərin yaşadığı bir sıra şəhərlərindən çıxarmağa başlamışdır. İsrailin xarici işlər naziri Silvan Şalomun sözlərinə görə, bu, muxtar respublikada keçiriləcək prezident seçkilərində fələstinlilərlə mümkün olan toqquşmaların qarşısını almaq, gərginliyi azaltmaq və Fələstin ərazilərində seçkilər prosesini asanlaşdırmaq məqsədi ilə ediləcəkdir.
Şalom bunu ABŞ-ın keçmiş prezidenti Cimmi Karterlə görüşündə bəyan etmişdir. Xatırladaq ki, Amerikanın sabiq prezidenti yanvarın 9-da keçirilən seçkilərə nəzarət edəcək xarici müşahidəçilər missiyasına başçılıq etmək üçün Qüdsə gəlmişdir.
Şalom bildirmişdir ki, hərbi hissələr İordan çayının Qərb sahillərində və Qəzzə bölməsində yerləşən Fələstin yaşayış məntəqələrini 72 saat ərzində tamamilə tərk edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]