İsrailin Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi tikilir
Bakı, 26 yanvar, Əsəd Məmmədov, AZƏRTAC
İsrailin Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evi tikilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Akko şəhərinin meri Şimon Lankri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşündə məlumat verib. O deyib ki, artıq binanın birinci mərtəbəsi tikilib. İyun ayında işlərin birinci mərhələsinin başa çatacağı gözlənilir.
Mer Akko şəhərində Azərbaycanla bağlı bir sıra tədbirlərin keçirildiyini də diqqətə çatdırıb. Belə tədbirlərdən birinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası və Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbir olduğunu söyləyib. O, əlavə edib ki, bu cür tədbirlər xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmlənməsinin bariz nümunəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]
Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır
- 27.09.2026 [12:35]