İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb
Bakı, 8 may, AZƏRTAC
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən və “Hizbullah”ın əsas dayaq məntəqələrindən hesab olunan yaşayış məntəqələrinə bir sıra hava zərbələri endirib. Hücumlar nəticəsində azı doqquz nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Tir rayonunun Habbuş kəndinə endirilən hava zərbəsi nəticəsində beş livanlı həlak olub. Nəbatiyə əyalətinin Duveyr şəhərində isə üç nəfər ölüb, daha 19 nəfər yaralanıb.
Bundan əlavə, Məcdəl Silm yaşayış məntəqəsinin bombalanması zamanı “Hizbullah”ın tibb xidmətinin əməkdaşlarından birinin həlak olduğu bildirilib.
Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, martın 2-dən etibarən bölgədə hərbi eskalasiyanın başlanmasından bəri həlak olan mülki şəxslərin sayı 2727-yə, yaralıların sayı isə 8438-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]