Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailli jurnalistlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

İsrailli jurnalistlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

Bakı, 8 aprel, AZƏRTAC 

Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Ölkəmizdə nadir tolerantlıq mühiti var. Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri əsrlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayır, onların hamısının ibadət yerləri mövcuddur.

Bu fikirləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrail Dövlətinin Jurnalistlər İttifaqının nümayəndələri ilə görüşdə səsləndirib.

Əli Həsənov deyib ki, Bakıda yəhudilərin üç, Qubada isə bir sinaqoqu var. Yəhudilər Azərbaycanda əsrlər boyu bir yerdə yaşayıblar. Ölkəmizdə heç vaxt antisemitizm halı olmayıb. Onlar həmişə olduğu kimi, bundan sonra da ölkəmizdə rahat yaşayacaqlar. Azərbaycan Milli Məclisinin üzvləri sırasında yerli yəhudilərin nümayəndələri də var.

Qeyd edilib ki, son beş ildə Azərbaycanda dinlərarası dialoqa həsr edilmiş iki beynəlxalq tədbir keçirilib. Dünyanın 150-dən çox din xadimi bu tədbirdə iştirak edib. Onlar burada yüksək tolerantlıq mühitinin olmasını öz gözləri ilə görüblər. Azərbaycan inkişaf etmiş müasir müsəlman ölkəsidir və biz bununla fəxr edirik.

Görüşdə Baş nazirin müavini israilli jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.

Əli Həsənov deyib ki, ölkəmizin həll olunmamış əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində öz dədə-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyon 200 min insanın problemidir. Qalan problemlərimiz demək olar ki, öz həllini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə bu gün dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə görə tanınır. Hazırda ölkəmizdə istehsal olunan ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. Hələ 2008-ci ildə Prezident İlham Əliyev hökumət qarşısında belə bir məsələ qaldırıb ki, neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilməli və ölkənin neftdən asılılığı azalmalıdır. Gördüyünüz kimi, Azərbaycan Prezidenti dünyada baş verəcək prosesləri 8 il qabaqlayıb. Artıq qarşımızda belə bir hədəf də var ki, 2020-ci ilə qədər ölkəmizin neftdən asılılığı sıfır vəziyyətinə düşməlidir. Bu iş də uğurla həyata keçirilir. Son 12 ildə Azərbaycanda bir milyon yarım iş yeri açılıb. Əgər 2003-cü ildə bütövlükdə ölkə üzrə yoxsulluq həddi 49 faiz idisə, bu gün 5 faizə enib. BMT-nin göstəricilərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır. Məqsəd 2020-ci ildə qədər tam inkişaf etmiş ölkəyə çevrilməkdir. Həmçinin həmin ilə qədər ölkədə bir nəfər də yoxsul insan qalmayacaq.

Baş nazirin müavini deyib ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələrində çalışıblar. Bu səlahiyyətlər və imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayıblar. Biz isə diaspor təşkilatlarımızı müstəqillik illərindən sonra yaratmağa nail olduq. Bu il yenidən qazandığımız müstəqilliyimizin 25 ili tamam olur. Hələ 1918-ci ildə Azərbaycan ilk dəfə müsəlman Şərqində müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Bu, bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təbliğat aparmağa imkan yaratdı. Bu işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başladı, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, artıq dünya bizi tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlət ölkəmizi dəstəkləyib. Bu, o deməkdir ki, Azərbaycan artıq dünya arenasına çıxıb.

Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəhs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Çar Rusiyası ilə İran arasında 1828-ci ildə başa çatan müharibə nəticəsində Azərbaycan ərazisi iki hegemon dövlət arasında bölündü. O vaxt çar Rusiyası İrandan qaçan erməniləri gətirib Dağlıq Qarabağda yerləşdirdi. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz elə o vaxtdan başladı.

Xarici jurnalistlərin diqqətinə çatdırılıb ki, Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. Bu, deportasiya deyil, əslində etnik təmizləmə oldu. Nəticədə 250 min azərbaycanlı həmin illərdə Ermənistandan çıxarıldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə görülən işlərdən söz açan Baş nazirin müavini deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi 23 ildir həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq qurum qalmayıb ki, bu problemə münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər. Bu gün Ermənistan aclıq, səfalətlə üzləşib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarım erməni tərk edib. Çünki bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 23 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib.

Əli Həsənov görüşdə aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib. Bildirib ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi və Ermənistan Azərbaycanın gücünü gördü. ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, problemin həlli ilə məşğuldur, amma bu illər ərzində nə əldə edib? Heç bir şey. Sadəcə olaraq turist kimi gəlib-gedirlər. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Amma Azərbaycan dövlətinin, də xalqının səbrinin həddi var, artıq bizim səbrimiz tükənib. Son hadisələr göstərdi ki, əgər belə davam edərsə, Azərbaycan beynəlxalq hüquqa söykənərək öz torpağını özü azad edəcək.

Əli Həsənov qeyd edib ki, son 20 ildə Azərbaycanda 1 milyondan çox qaçqın, köçkünə 5,4 milyard dollar vəsait sərf olunub. Onun 1 milyard dolları beynəlxalq təşkilatlardan, 2 milyard yarımı dövlət büdcəsindən, 2 milyardı isə Dövlət Neft Fondundan ayrılan vəsaitdir. Neft Fondunun vəsaiti hesablına məcburi köçkünlər üçün 94 müasir qəsəbə salınıb və onlar orada yerləşdirilib. Bu gün Azərbaycan öz qaçqın, köçkünlərinin problemlərini özü həll edir, ancaq bu, o demək deyil ki, beynəlxalq təşkilatlara ehtiyac yoxdur. Problem öz həllini tapana qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstərməlidir, göstərirlər və göstərəcəklər. O cümlədən bizdə bir neçə yəhudi xeyriyyə təşkilatları fəaliyyət göstərir.

Baş nazirin müavini deyib: “Biz hesab edirik ki, bu problemin sonu olacaq, Azərbaycan və Ermənistan xalqları necə 200 il qonşuluqda yaşayıblar, problem həll olunandan sonra bu, yenə də davam edəcək. Ermənilər bunu nə qədər tez başa düşsələr, bu, onların özləri üçün də xeyirlidir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaranmasaydı, neft-qaz kəmərləri Ermənistandan keçərdi və onlar da bundan bəhrələnərdilər. Onlar bu problemlə özlərini təcrid vəziyyətinə salıblar”.

Sonra israilli jurnalistlərin sualları cavablandırılıb.

Görüşdə iştirak edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib və arzu edib ki, təmsil etdiyi assosiasiyanın növbəti görüşü Şuşada keçirilsin. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə yeni nəşri Əli Həsənova təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb