İşsiz latviyalıların sayı keçən il 17 mindən çox artıb
Riqa, 25 fevral, AZƏRTAC
2020-ci ildə Latviyada işsizlərin sayı əvvəlki illə müqayisədə 17,4 min nəfər (28,4 faiz) artaraq iqtisadi cəhətdən fəal əhalinin 78,7 min nəfərini təşkil edib (15-74 yaşlarında olan).
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Latviyanın Mərkəzi Statistika Bürosu yayıb.
Bildirilib ki, ötən il işsizlik səviyyəsi iqtisadi cəhətdən fəal əhalinin 8,1 faizini təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 2 faiz bəndi çoxdur. Qadınlar arasında işsizlik (7,1 faiz) kişilərə nisbətən daha azdır (9,1 faiz).
Bir ildən az müddətdə iş tapa bilməyən işsizlərin sayı 57 min nəfərədək artdığı halda, uzunmüddətli işsizlərin sayı 21,5 min nəfərədək azalıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]