İSTANBULDA KÜLLİ MİQDARDA QAÇAQMAL MÜSADİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbul valisi Müəmmər Gülər kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirdiyi brifinqdə bildirmişdir ki, polis əməkdaşları Almaniyadan gələn yük maşınında axtarış aparmışlar. Avtomaşında 13 milyon ABŞ dolları məbləğində elektron əşya tapılmışdır. Mobil telefonlar, diktafonlar, videokameralar, fotoaparatlar, şərab şüşələri, şokalad qutuları və digər müxtəlif növ mal və əşyanın olduğu avtomobildəki bütün mallar ölkəyə qeyri-qanuni yolla gətirilmiş və heç bir gömrük rüsumu ödənməmişdir. Bu malların qara bazarlarda satılması nəzərdə tutulmuşdur. Polisin əməliyyatı nəticəsində 9 nəfər qaçaqmalçı yaxalanmışdır. İstintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]