Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

Bakı, 3 oktyabr, AZƏRTAC

Ölkə ərazisində sabit telefon (məftilli) xidməti vətəndaşlara iki təbii inhisar subyekti - “Aztelekom” İB və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən göstərilir. Vətəndaşlar sabit telefon xidmətindən istifadə üçün məhz bu subyektlərə müraciət etməlidirlər.

-Sabit telefon xidmətinə necə qoşulmaq olar?

-İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, sabit telefon (məftilli) xidmətindən istifadə etmək üçün ilk növbədə müvafiq operatora şəbəkəyə qoşulmaqla bağlı müraciət olunmalıdır. Qanunvericiliyə əsasən, operator müraciət edən şəxsə qoşulma üçün texniki imkan barədə 3 iş günündən gec olmayaraq məlumat verir. Bundan sonra operator ilə müraciət edən şəxs arasında şəbəkəyə qoşulmaya dair müqavilə bağlanılır. Operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan imtina edə bilməz.

Abunəçilər əhali və qeyri-əhali kateqoriyalarına bölünür. Əhali kateqoriyasına aid olan abunəçi yaşayış evlərində və mənzillərində yaşayan, xidmətdən qoşulma müqaviləsinə uyğun təyinatı üzrə istifadə edən və abunə haqqını əhali kateqoriyası üçün müəyyən edilmiş tariflə ödəyən fiziki şəxs hesab edilir. Digər abunəçilər isə qeyri-əhali kateqoriyasına aid edilir.

-Xidmətə qoşulmaq üçün hansı sənədlər lazımdır?

-Sabit telefon xidmətinə qoşulmaq üçün bu sənədlər tələb olunur: Fərdi abunəçilər - 1) mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi; 2) mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə); Fiziki şəxslər (Fərdi sahibkarlar) - 1) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN; 2) şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN; Hüquqi şəxslər - yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Abunəçi ilə qoşulma müqaviləsi bağlandıqdan və qoşulma haqqı ödənildikdən sonra operator müqavilədə müəyyən edilən müddətdən gec olmayaraq telefon xəttinin və aparatının şəbəkəyə qoşulmasını təmin etməlidir.

Telekommunikasiya vasitələrinin quraşdırılmasına başlanılan ərazilərdə qoşulma əvvəlcədən sənədləşdirilə bilər. Bu halda qoşulma haqqı ödənildikdən sonra qoşulma müqaviləsində göstərilən müddətdən gec olmayaraq abunəçinin xidmətdən istifadə etməsi təmin olunmalıdır.

Qeyd edək ki, son telekommunikasiya avadanlığı texniki normaların tələblərinə uyğun olmaqla, abunəçinin istədiyi yerdə quraşdırılır. Texniki imkan olduqda əlavə telefon çəkilməsinə hər hansı məhdudiyyət qoyulmur.

-Xidmətə qoşulma haqqı nə qədərdir?

-Sabit telefon (məftilli) xidməti üzrə şəbəkəyə qoşulma haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Belə ki, şəbəkənin son nöqtəsindən 100 metrədək məsafədə xidmətə qoşulma müraciət edən şəxs tərəfindən sadəcə qoşulma haqqı ödənilməklə operator tərəfindən həyata keçirilir. Qoşulma məsafəsi 100 metrdən artıq olduqda, 100 metrdən artıq olan hissə üçün operator tərəfindən hazırlanan smetaya uyğun xərclər də qoşulma haqqına əlavə olaraq müraciət edən şəxs tərəfindən ödənilir.

Vurğulayaq ki, abunəçilərin şəhər və rayon daxili sabit telefon (məftilli) danışıqları ödənişsizdir. Lakin hər iki kateqoriyadan olan abunəçilər operatorlar tərəfindən göstərilən xidmətə görə aylıq abunə haqları ödəyirlər. Abunə haqqı cari ayın 5-dək ödənilir. Cari ay ərzində istifadə edilmiş xidmətlərin haqqı isə növbəti ayın 5-dək ödənilir. Aylıq abunə, xidmət üzrə qoşulma, yenidən qoşulma, ölkədaxili danışıq, beynəlxalq danışıq və digər göstərilən xidmətlər üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Həmin xidmətlərin dəyəri müvafiq tariflərə uyğun olaraq aylıq hesablanır və ödənilir. Hazırda qüvvədə olan rabitə xidmətlərinin tarifləri barədə məlumatı Tarif Şurasının saytına keçid etməklə əldə etmək olar.

-Xidmətə qoşulma müqaviləsi hansı hallarda ləğv edilə bilər?

Qoşulma müqaviləsi abunəçinin müraciəti əsasında və ya abunəçi qoşulma müqaviləsi ilə müəyyən olunmuş şərtləri pozduqda ləğv edilə bilər.

-Sabit telefon xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı hansı quruma müraciət etmək olar?

-Təbii inhisar subyektlərinin, o cümlədən sabit telefon xidmətini təklif edən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar sabit telefon (məftilli) xidmətinə qoşulma zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi , elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib

Müharibədənsonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Səadət Təhmirazqızı: Nizami irsi Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutub

BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub

Azərbaycanın U-20 millisinin Moldova və Yaponiya ilə oyunlar üçün heyəti açıqlanıb

Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər

Dövlət Komitəsinin sədri: Xurafat və dini savadsızlığın qarşısının alınması vacibdir

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Nərimanov rayonunda narkokuryerlik etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Əfv edilən şəxs: Prezidentimiz bizi ailəmizə qovuşdurdu VİDEO

Su polisi brakonyerlik edən şəxsi saxlayıb

Teodor Menzelin Türkoloji Qurultayla bağlı qeydləri Azərbaycan dilində nəşr olunub

İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək –  ŞƏRH  VİDEO

Mədən sənayesinin inkişafı ölkənin iqtisadi imkanlarını genişləndirəcək – ŞƏRH VİDEO

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur VİDEO

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib