İSTEHSAL SƏMƏRƏLİLİYİ 96 FAİZDƏN ARTIQ OLMUŞDUR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ilin on bir ayı ərzində “Çıraq” platformasından 48 milyon barrel (təxminən 6,5 milyon ton) neft hasil edilmişdir. Bu il “Çıraq”da ən yüksək gündəlik hasilatın həcmi 160 min barrel olmuşdur. İlin sonunadək orta gündəlik hasilat həcminin isə 140 min barreldən artıq olacağı gözlənilir.
1997-ci ildə ilk neftin hasilatına başlanandan bəri platformada istismarın səmərəliliyi 96 faizdən artıq olmuş, ümumilikdə 326 milyon barrel (44 milyon tondan artıq) neft hasil edilmişdir.
Hazırda platformada təxminən 250 adam çalışır ki, onların da 85 faizi Azərbaycan vətəndaşlarıdır.