İSTİFADƏ EDİLMİŞ QAZIN VƏ ENERJİNİN DƏYƏRİ TAM HƏCMDƏ ÖDƏNİLMƏLİDİR
Rayonda 2006-cı ilin birinci yarısında görülmüş işlərə dair hesabat məruzəsində qazanılmış uğurlarla yanaşı, nöqsanlara da toxunulmuş, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su təchizatı sahəsində mövcud vəziyyət, habelə istifadə edilmiş enerjinin dəyərinin ödəniş səviyyəsi müzakirə edilmişdir.
Bildirilmişdir ki, ilin birinci yarısında rayonda istehlakçılara 260,5 min manat dəyərində təbii qaz satıldığı halda, yığım səviyyəsi 32,3 faiz və ya 84,1 min manat təşkil etmişdir. İstifadə edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi də hələlik qaneedici deyildir. Altı ayda abonentlərə 280,3 min manatlıq elektrik enerjisi verildiyi halda, toplanmış vəsait 124,4 min manat və ya 44,4 faiz təşkil etmişdir.
İclasda nöqsanların təcili surətdə aradan qaldırılması və kommunal xidmətlərin ödəniş səviyyəsinin 100 faizə çatdırılması üçün əlaqədar xidmətlərin rəhbərlərinə tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]