İSTİFADƏYƏ VERİLMİŞ YENİ ELEKTRİK XƏTTİNDƏ TEST TƏDBİRLƏRİ KEÇİRİLƏCƏK
Xəbər verildiyi kimi, iyulun 8-də Azərbaycan və İran sərhədində beynəlxalq elektrik xəttinin işə salınması münasibətilə təntənəli mərasim keçirilmişdir. Yeni xətt hər iki ölkə prezidentlərinin təşəbbüsü ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək üçün çəkilmişdir. “Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektrik xəttinin möhkəmliyini, maksimum və minimum gücünü müəyyənləşdirmək üçün yaxın günlərdə burada test tədbirləri keçiriləcəkdir. Səhmdar cəmiyyət yeni xəttin səmərəliliyini artırmaq üçün yaxın gələcəkdə Astaradakı yardımçı stansiyanı modernləşdirərək, ona ümumi sistem statusu vermək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]