İstintaq təcridxanasına qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməkdaşları müəssisəyə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısını almışlar.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinən Fəqan Fərəcovla görüşə gəlmiş Aygün Paşayevanın əl çantasında “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
Penitensiar Xidmətin və 3 saylı İstintaq Təcridxanasının əməkdaşları isə müəssisədə qadağan olunmuş əşya aşkar etmişlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Fazil Baxşəliyevin şəxsi əşyalarına baxış keçirilərkən çantanın içərisində gizlədilmiş “Nokia” markalı mobil telefon aparatı aşkar olunmuşdur.
Faktlar üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]