İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-sentyabrın 8-9-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32°, dağlıq rayonlarda 18-23° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 28-33°, dağlıq rayonlarda 20-25° isti olacağı ehtimalı var.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı bildirilir.
Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 28-30° isti olacağı ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]