İSVEÇDƏ YAŞAYAN SOYDAŞLARIMIZ ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİ BARƏDƏ ÖLKƏ RƏHBƏRLİYİNƏ MƏKTUB GÖNDƏRMİŞLƏR
R.Koçaryanın İsveçə səfəri ərəfəsində hazırlanmış məktubda onun Ermənistanın Azərbaycana hərbi təcavüzündə, terror, soyqırımı və etnik təmizləmədə fəal iştirakı barədə faktlar əks olunmuşdur. Ermənistanın 1988-ci ildən başladığı ərazi iddiaları ilə yaranan münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Məktubda işğal edilmiş ərazilərin qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının 822, 852, 874, 884 nömrəli qətnamələrinin indiyədək yerinə yetirilməməsi qeyd olunmuşdur.
Soydaşlarımız ATƏT-in, BMT-nin, Avropa İttifaqı kimi nüfuzlu təşkilatların üzvü olan İsveçin rəhbərliyini Ermənistandan işğala son qoymasını tələb etməyə çağırmışlar.