İsveçrə iş bazarında rumınlara və bolqarlara qarşı tətbiq olunan məhdudiyyəti aradan qaldırır
Buxarest, 17 may, AZƏRTAC
İsveçrə ölkənin iş bazarında rumınlara və bolqarlara qarşı tətbiq olunan məhdudiyyəti iyunun 1-dən etibarən aradan qaldırır. Bu barədə Avropa İşləri üzrə nazir müavini Corc Çamba məlumat verib. O deyib ki, İsveçrə Federal Şurası bu qərarı qəbul etməklə Avropa ölkələri daxilində eyni hüquqların təmin edilməsinə nail olacaq.
Qeyd edək ki, İsveçrədə orta aylıq əməkhaqqı 5500-6000 avro təşkil edir. Əməkhaqqının yüksək olduğu sahələr əczaçılıq, informasiya texnologiyaları və xidmət sektorlarıdır. Bu isə Rumıniya və Bolqarıstandan bir neçə dəfə çoxdur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]