İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN DİASPORUNUN RƏHBƏRİNƏ MƏKTUB GÖNDƏRMİŞDİR
Bakı, 3 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirova məktub göndərmişdir.
Məktubda dövlət başçısı mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi və dərinləşdirdiyi üçün, eləcə də isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdırdığına, yüksək səviyyədə təbliğ etdiyinə görə təşəkkürünü bildirmiş və quruma gələcək işlərində uğurlar arzu etmişdir.
İsveşrədə Azərbaycan mədəniyyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan Prezident Hans-Rudolf Merts məktubunda əlavə etmişdir ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyanır.
Xatırladaq ki, İsveçrənin paytaxtı Berndə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [17:25]
Azərbaycan diasporunun gəncləri 31-ci AFS Gənclər Assambleyasında
- 12.08.2026 [14:58]
İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Cəlilabadda ev yanıb
- [11:41]
Nigerdə vəziyyət stabilləşib
- [05:38]
Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
- 29.08.2026 [23:28]
Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib
- 29.08.2026 [23:06]
Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb
- 29.08.2026 [22:54]
Zəngilanda təhsil işçilərinin sentyabr konfransı
- 29.08.2026 [22:44]
Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb
- 29.08.2026 [22:17]
Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib
- 29.08.2026 [22:15]
Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır
- 29.08.2026 [21:54]
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
- 29.08.2026 [21:01]
Medianın İnkişafı Agentliyi bəyanat yayıb
- 29.08.2026 [20:50]
Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb
- 29.08.2026 [20:44]
Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb
- 29.08.2026 [20:15]
Bu saata olan əsas xəbərlər
- 29.08.2026 [20:00]
Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib
- 29.08.2026 [17:48]
“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb
- 29.08.2026 [16:56]
Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
- 29.08.2026 [15:52]
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
- 29.08.2026 [15:29]
Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır
- 29.08.2026 [15:21]
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb
- 29.08.2026 [15:12]
Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
- 29.08.2026 [14:41]
Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib
- 29.08.2026 [13:43]
Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub
- 29.08.2026 [13:22]
Magistral yol üzərində ikinci körpünün inşası davam edir
- 29.08.2026 [13:09]
Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
- 29.08.2026 [12:51]