İtaliya Aİ-dən gələnlər üçün beşgünlük karantin rejimi tətbiq edir
Bakı, 30 mart, AZƏRTAC
Avropa İttifaqından İtaliyaya gələnlər koronavirus testinin nəticələrini təqdim etməli və beşgünlük karantin rejimindən keçməlidirlər.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliyanın səhiyyə naziri Roberto Speransanın martın 30-da müvafiq qərarı imzalayacağı gözlənilir. Qərara əsasən, Avropa İttifaqı ölkələrindən İtaliyaya gələnlər beşgünlük karantin rejimindən sonra yenidən koronavirus testi verməlidirlər.
Avropa İttifaqına və Şengen zonasına aid olmayan ölkələrdən gələnlər üçün isə ikihəftəlik karantin rejimi nəzərdə tutulur. Bundan başqa, İtaliyaya yalnız iş, müalicə və ya təhsillə bağlı səbəblərə görə gəlmək olar. Turizm ölkədə formal olaraq qadağan edilib, vətəndaşların ölkə daxilində hərəkətinə də icazə verilmir. Əlverişsiz epidemioloji vəziyyətlə bağlı bəzi ölkələr qara siyahıya salınıb və bu ölkələrdən İtaliyaya səfərlər dayandırılıb.
İtaliyada qarşıdakı Pasxa bayramı dövründə mini lokdaun elan edilib. Bununla yanaşı, ölkə vətəndaşlarının bir hissəsi xarici ölkələrə turist səfərlərinə gedir. Populyar turistik istiqamətlərdən biri ölkəyə gələn avropalılardan yalnız testin tələb olunduğu İspaniya hesab edilir. Bu, bütün turizm strukturlarının bağlı qaldığı İtaliyada müzakirələrə və mübahisələrə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]