İtaliya Albaniyadakı düşərgəyə 49 miqrant göndərib
Roma, 28 yanvar, AZƏRTAC
İtaliya Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzinə 49 qeyri-qanuni mühacir göndərib.
AZƏRTAC xəbər verir ki, miqrantlar İtaliya donanmasına məxsus “Cassiopea” adlı gəmi ilə Albaniyanın şimalındakı Şenqjin miqrant qəbulu mərkəzinə çatdırılıb. Burada mühacirlərin sığınacaq müraciətləri araşdırılacaq, tələblərə uyğun olanlar İtaliyaya daxil ola biləcək, qalanları isə ölkələrinə geri göndəriləcək. Miqrantların Banqladeş, Misir, Fil Dişi Sahili və Qambiya vətəndaşları olduğu bildirilib.
Qeyd edək ki, 2023-cü ildə İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdirilir. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.
İtaliya beş il ərzində mərkəzlərə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Mühacirlərin sığınacaq tələbləri üçün müddət 28 gündür. Burada Albaniya qanunları ilə yanaşı, İtaliya qanunları da tətbiq edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]