İtaliya Avropa Komissiyasının tətbiq etdiyi sanksiyalardan azad olub
Roma, 5 may, AZƏRTAC
İtaliya qeyri-qanuni tullantı sahələrinin təmizlənməsindən sonra Avropa Komissiyasının tətbiq etdiyi sanksiyalardan azad olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının mənbələri məlumat yayıb. Bildirilir ki, bu addım ölkədə daha 7 qeyri-qanun tullantı sahəsinin təmizlənməsindən sonra atılıb. Qeyri-qanuni tullantı sahələri ölkənin Kampanya, Abruçço, Latsio və Kalabriya regionlarında qalıb.
Xatırladaq ki, İtaliya qeyri-qanuni tullantılara görə uzun illər Avropa Komissiyası tərəfindən sanksiyalara məruz qalıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]