İtaliya ictimaiyyətinə Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verilib
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin TV2000 kanalının TGtg xəbərlər proqramının canlı efirində qonaq olub.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, verilişin aparıcısı Klara İatostinin suallarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum, Azərbaycanda iqtisadi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi prosesi, İtaliya-Azərbaycan əməkdaşlığı və perspektivlərinə dair mövzularla bağlı məlumat verib.
Veriliş boyu Ermənistanın Azərbaycana qarşı təcavüzü, xəritə üzərində işğal olunmuş ərazilərimiz, habelə ölkəmizin inkişafını nümayiş etdirən kadrlar göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]