İtaliya Kosmik Agentliyinin rəhbəri: COP29-dan gözləntim olduqca yüksəkdir
Bakı, 16 noyabr, AZƏRTAC
Kosmos aktivinin həmkarları tərəfindən kosmosun iqlim dəyişikliyinə qarşı verə biləcəyi töhfə ilə bağlı təşkil edilmiş bu mühüm tədbir üçün Bakıda olmaqdan çox məmnunam. Bizim çoxlu aktivlərimiz, milli və beynəlxalq səviyyədə hazırlanmış çoxlu peyklərimiz var. Müzakirəmizin əsas xəttini təşkil edən vacib əməkdaşlıqlarımızı xüsusi vurğulamaq istəyirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində keçirilən Dünya Kosmik Agentliklərin Liderlərinin Sammitində iştirak edən İtaliya Kosmik Agentliyinin (ASI) Direktorlar Şurasının baş direktoru Teodoro Valenti deyib.
"Bu sahədə əməkdaşlığımızı gücləndirmək, məqsədlərimizə çatmaq üçün çox vacib olan məlumatları bölüşmək üçün bir araya gələrək ümumi bəyannamə verəcəyik. Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olundu. Onların iştirakına görə bütün həmkarlarımıza təşəkkür etdik. Milan beynəlxalq konfransı alimlərin, tədqiqatçıların, nümayəndə heyətlərinin sayı baxımından çox uğurlu bir tədbir oldu. Kosmosun iqlim dəyişikliyi ilə bağlı COP-a müsbət mənada nələr verə biləcəyini müzakirə etdik. Bu mənada COP29-dan gözləntim olduqca yüksəkdir", - deyə İtaliya baş direktoru vurğulayıb.