İtaliya Qırmızı dənizdə ticarət gəmilərinə hücumları pisləyir
Roma, 13 yanvar, AZƏRTAC
İtaliya husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı təkrar hücumlarını birmənalı şəkildə pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının yaydığı məlumatda deyilir.
Bildirilir ki, İtaliya beynəlxalq standartlara uyğun olaraq azad və təhlükəsiz naviqasiya hüququna güclü dəstəyini bir daha təsdiqləyir.
“İtaliya husilərin qəbuledilməz davranışı ilə üzləşən, öz gəmilərini müdafiə etmək hüququna malik olan müttəfiq ölkələrin qlobal ticarət axınları və humanitar yardım maraqları naminə əməliyyatlarını dəstəkləyir”, - deyə məlumatda qeyd olunur.
Açıqlamada İtaliyanın BMT Təhlükəsizlik Şurasının 10 yanvar tarixli qətnaməsinin təsdiqini alqışladığı və Qırmızı dənizdə təhlükəsiz naviqasiya azadlığının təmin edilməsi istiqamətində BMT-yə üzv ölkələrin səylərini tam dəstəklədiyi bildirilib. Həmçinin bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]