DÜNYA
İTALİYA QOŞUNLARINI İRAQDAN ÇIXARMAYACAQ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni bildirmişdir ki, onun ölkəsi ”İraqdakı missiyasını davam etdirəcəkdir”. O, İraqda girov götürülmüş italiyalı Fabritsio Kvattrokkinin öldürülməsi barədə xəbəri şərh edərək demişdir: ”İnsan həyatına son qoyulmuşdur, lakin bizim dəyərlərimiz qalmış və sülh naminə götürdüyümüz öhdəliyi yerinə yetirmək əzmimiz qırılmamışdır”.
Berluskoninin diplomatik müşaviri, xüsusi tapşırıqlar üzrə səfir Canni Sastellaneta İraqa getmişdir. O, digər üç italyan girovunun taleyi ilə bağlı məsələni həll etməyə çalışacaqdır.
İtaliyanın xarici işlər naziri Franko Frattini də bildirmişdir ki, onun ölkəsi ”İraqda qalır, çünki bu, regionda təhlükəsizliyi təmin etməyin yeganə yoludur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:24]
Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]