İtaliya universitetləri 150-dən çox fələstinli tələbəyə təqaüd verib
Roma, 2 oktyabr, AZƏRTAC
İtaliya universitetləri tərəfindən təqaüd verilən daha 40-dək fələstinli tələbə və tədqiqatçı ölkəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 70 Fələstin sakinini daşıyan iki təyyarə bu gün İtaliyaya gəlib. Onlar Qəzza zolağından olan 39 fələstinli tələbə və tədqiqatçı, eyni zamanda, artıq İtaliyada olan qohumları ilə ailə qovuşmasını istəyən fələstinlilərdir.
“İtaliya universitetlərindən təqaüd alan gənc fələstinlilərin öz ölkələrini tərk edərək bura gəlməsinə imkan yaradan layihə “Universitet dəhlizləri” adlanır. Bu vaxtadək İtaliya universitetləri Qəzza zolağından olan 150-dən çox fələstinli tələbəyə təqaüd verib”, - deyə nazirliyin məlumatında qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]