İTALİYA XİN-İN BAŞÇISI: TÜRKİYƏ AB-YƏ 2014-CÜ İLDƏ QƏBUL EDİLƏ BİLƏR
Avropa Birliyi ölkələri arasında belə bir ümumi fikir var ki, Türkiyə AB-yə 2014-cü ildə daxil ola bilər. AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu dekabrın 3-də İtaliyanın xarici işlər naziri Canfranko Fini ölkə parlamentində çıxış edərkən açıqlamışdır.
Nazir ümidvar olduğunu bildirmişdir ki, AB ölkələri liderlərinin dekabrın 17-də keçiriləcək görüşündə Ankaranın Avropa Birliyinə qoşulması haqqında danışıqların başlanması tarixinə dair qərar qəbul ediləcəkdir. İtaliyanın fikrincə, bu proses artıq gələn ilin birinci yarısında başlana bilər.
C.Fini demişdir ki, Avropa Birliyi daxilində yaranmış ümumi nöqteyi-nəzərə görə, hadisələr müsbət məcrada inkişaf edəcəyi təqdirdə, Türkiyə AB-yə qoşulmaq prosesini 2014-cü il yanvarın 1-dək başa çatdıra bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]