İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib
Roma, 9 dekabr, AZƏRTAC
İtaliyanın Tivoli şəhərindəki xəstəxanada baş verən güclü yanğın nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, xəstəxananın zirzəmisində başlayan yanğın qısa müddətdə Təcili tibbi yardım və Reanimasiya şöbələrini əhatə edib, tüstü yuxarı mərtəbələrə yayılıb. Mülki müdafiə qüvvələri yanğını lokallaşdıra bilib.
Tibb işçiləri də daxil olmaqla, 200-dək insan xəstəxana binasından təxliyə edilib. Yanğın zamanı binada 134 xəstə, o cümlədən 7 uşaq və bir neçə yeni doğulmuş körpə olub. Onların hamısı paytaxt Roma və digər ərazilərdəki müxtəlif xəstəxanalara köçürülüb.
Tivoli prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]