İtaliyada yelkənli gəmi batıb, 7 nəfər itkin düşüb
Roma, 19 avqust, AZƏRTAC
İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli gəmi batıb.
AZƏRTAC xəbər verir ki, göyərtəsində 22 nəfərin olduğu təxminən əlli metrlik yelkənli gəmidən biri azyaşlı uşaq olmaqla 15 nəfər sahil mühafizə xidmətinin patrul gəmiləri və yanğınsöndürənlər tərəfindən xilas edilib. Dördü britaniyalı, biri kanadalı və ikisi amerikalı olmaqla 7 nəfər itkin düşüb.
İtkin düşənlərin axtarışları davam etdirilir. Əraziyə bir neçə helikopter cəlb olunub.
Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı gəmi dənizin 49 metr dərinliyinə batıb. Faciəyə əlverişsiz hava səbəb olub. Hazırda araşdırma davam edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]