İtaliyanın “Agenzia Nova” xəbər saytı Azərbaycan və Türkiyə prezidentlərinin görüşündən yazır
Roma, 26 yanvar, AZƏRTAC
İtaliyanın “Agenzia Nova” xəbər saytında Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşlə bağlı yazı yerləşdirilib.
Yazıda Azərbaycan və Türkiyə prezidentlərinin görüşdə müzakirə etdikləri məsələlər diqqətə çatdırılıb.
Müəllif vurğulayır ki, görüşdən sonra prezidentlərin birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan deyib: “Artıq dünya layihəsinə çevrilən TANAP ilə bağlı addımlar atıldı. Burada istər boru istehsalında və təminatında, istərsə də podrat xidmətlərində Türkiyə firmaları üstünlük təşkil edir”.
Yazıda qeyd olunur ki, TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkənin ərazisindən keçməklə Avropaya nəql edəcək. TANAP-ın inşası ilə Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da güclənəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]
Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır
- 27.09.2026 [12:35]