İtaliyanın Baş naziri Ciorcia Meloni Ukraynaya gedəcəyini bildirib
Roma, 30 dekabr, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni fevralın 24-dən əvvəl Ukraynaya səfər edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, C.Meloni Rusiya-Ukrayna müharibəsinin ildönümündən əvvəl Kiyevə gedəcəyini deyib.
Ötən günlərdə Ukrayna Prezidenti ilə telefon danışığını xatırladan İtaliyanın Baş naziri Kiyevə getmək niyyətini Volodimir Zelenskiyə də bildirdiyini vurğulayıb.
“İtaliya sülh prosesinin təminatçısı olmağa hazırdır. Sülhün tərəfdarı ola biləcək bütün addımları dəstəkləyirik. Lakin açıq şəkildə bilməliyik ki, sülh yalnız istəyərək əldə edilə bilməz. Bunun üçün konkret çalışmaq lazımdır. Sülh istəyərkən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılacaq”, - deyə C.Meloni bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]