İtaliyanın “Panorama” jurnalı turistləri Bakının görməli yerləri ilə bağlı məlumatlandırıb
Yazıda vurğulanır ki, Böyük İpək Yolunun üzərində yerləşən və dinamik inkişafı ilə fərqlənən Azərbaycanın paytaxtı Bakının küçələri təmizliyi və səliqəliliyi ilə diqqəti cəlb edir. Xəzərin sahili boyu uzanan Bakı bulvarının ətrafında dünya brendi olan ən yeni mehmanxanalar yerləşir.
Müəllif yazır: “Müasir Bakının rəmzi sayılan “Alov qüllələri” kompleksi şəhərin gecə görüntüsünə xüsusi gözəllik verir. Paytaxta qədimlik verən Qız qalası şəhərdə tarixin qorunub saxlanıldığına ən gözəl nümunədir. Şəhərin ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilib. Bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə yaraşıq verir”.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://icon.panorama.it/places/azerbaigian-5-luoghi-da-vedere-a-baku/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma