İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib
Roma, 5 aprel, AZƏRTAC
İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının sədri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ürək-damar problemlərinə görə Milandakı “San Raffaele” xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan 86 yaşlı Berluskoninin vəziyyəti hazırda sabitdir.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani S.Berluskoninin səhhətindəki əvvəlki probleminin yenidən başladığı üçün xəstəxanaya yerləşdirildiyini, onun ayıq vəziyyətdə olduğunu və danışa bildiyini bildirib.
Xatırladaq ki, Silvio Berluskoni ötən ayın sonlarında xəstəxanaya yerləşdirilmiş və martın 30-da evə buraxılmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]