İTSDA-nın “1542” Çağrı mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb
Bakı, 20 aprel, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin e-informasiya sistemlərində aparılan təkmilləşdirmə işləri ilə əlaqədar olaraq qurumun “1542” Çağrı mərkəzinin fəaliyyəti 20 aprel saat 16:00-dan sonra müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən qurumun rəsmi internet səhifəsi üzərindən “Zəng sifariş et” bölməsi də deaktiv olub.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
Bildirilib ki, qısa zaman ərzində sistemdə aparılan təkmilləşdirmə işlərinin tamamlanması və “1542” Çağrı mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.
Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı suallarını [email protected] elektron poçt ünvanına yaza və agentliyin rəsmi internet səhifəsində “Elektron müraciət” bölməsi üzərindən ünvanlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]