İvanovoda partlayış zamanı azərbaycanlı ailəsi yaralanıb VİDEO
Moskva, 6 noyabr, AZƏRTAC
İvanovo şəhərində baş verən partlayış nəticəsində zərərçənlər arasında azərbaycanlı ailəsi var. Rusiya KİV-lərinin yazdığına görə, Ələsgərovlar ailəsi İvanovo şəhərinə 20 il əvvəl köçüb. Partlayış zamanı ailənin 21 yaşlı oğlu Elvin yaralanıb. O, hazırda xəstəxanadadır, həyatı üçün təhlükə olmasa da, vəziyyəti ağırdır.
Araşdırma zamanı partlayışın baş verdiyi mənzil müəyyən edilib. Partlayışa səbəb birinci mərtəbədəki mənzildə qazla işləyən su qızdırıcısı olub. Cihazın təhlükəsizlik qaydalarına riayət edilmədən quraşdırıldığı bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva