Azərbaycan Dövlət İnformasiya Agentliyi

İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 26 aprel, AZƏRTAC 

Elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir və yaranan məhsula əlavə dəyər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfransda səsləndirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev cari ilin aprelin 17-də qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelə keçməklə bundan sonra ölkə iqtisadiyyatının islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcəyini bir daha bəyan edib. Ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.

Komitə sədri vurğulayıb ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair Prezident Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, cari ilin fevralın 10-da ölkə başçısı tərəfindən imzalanmış Fərmana əsasən, keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs təsis edilib. O, adıçəkilən mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafına stimullaşdırıcı təsirini daha da artıracağını qeyd edib. Yeni yaradılmış Patent və Əmtəə Nişanları Mərkəzində bu tip təşəbbüsləri dəstəkləmək üçün Texnologiyaların transferi və kommersiyalaşdırılması departamenti təsis edildiyini bildirən R.Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirilən “Texnologiyalar və İnnovasiyalara Dəstək Mərkəzləri”nin yaradılması və əqli mülkiyyət sahəsi üzrə təlimçilərin hazırlanması layihələrinin də elmi araşdırma və təhsil müəssisələri üçün bu sahədə əlavə imkanlar yaradacağını deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından söz açıb. Belə bir zamanda elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. “Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”, - deyə Akif Əlizadə bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik inkişaf edən Azərbaycanda innovativ təşəbbüslərə daim yaşıl işıq yandırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və ideyası əsasında yaradılan “ASAN xidmət” mərkəzləri ölkəmizdə innovativ islahatlar sahəsində əsl “nou-xau” oldu. “İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə etməklə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə və ən əsası vətəndaş məmnunluğuna nail olmağa imkan verdi”, - deyə İnam Kərimov bildirib. O, hazırda 11 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən ümumilikdə 230-dan çox xidmət göstərildiyini diqqətə çatdırıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev vurğulayıb ki, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya texnologiyaları inkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən Startap layihələrinə qrantlar ayrılır, innovativ ideyaların biznesə çevrilməsi üçün dövlət dəstəyi göstərilir. Eləcə də, kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir. “Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-yə yaxın layihənin 100-ü fond tərəfindən maliyyələşdirilib. Hazırda isə 5-ci qrant layihələrinin yeni layihələri qəbul olunur. Bu, dövlətimizin innovativ fəaliyyətə dəstəyinin ən uğurlu layihələrindən biridir”.

Əli Abdullayev nəzərə çatdırıb ki, nazirlik innovasiya sahəsində beynəlxalq səviyyədə aktiv əməkdaşlıq aparır, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində rəqəmli bazarların uyğunlaşdırılması təşəbbüsü ilə iştirak edir. Həmin proqram çərçivəsində Azərbaycan informasiya-kommunikasiya texnologiyaları tədqiqat və innovasiya infrastrukturu üzrə əlaqələndirici ölkə seçilib.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə aparılan innovasiya sisteminin əsas xüsusiyyətlərindən biri də onun bütün sahələri, o cümlədən dövlət idarəçiliyini əhatə etməsidir. Bu çərçivədə nazirlik tərəfindən həyata keçirilən elektron hökumət layihəsi də innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Elektron Hökumət Portalı ölkəmizdə 2012-ci ildən fəaliyyət göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən portalın istifadəyə verilməsi və dövlət qurumları informasiya sistemləri arasında qarşılıqlı əlaqələr sürətləndirilmiş, informasiya ehtiyatlarının təşviqi sahəsində vahid standartların müəyyən olunması istiqamətində mühüm işlər görülür.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 12 elektron xidmət elektron hökumət portalına qoşulub.

Nazirliyin milli sertifikat xidmətləri mərkəzində elektron sənəd mübadiləsinin əsas vasitələrindən olan elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza xidməti təqdim etməklə yanaşı, digər elektron imza mərkəzləri də akkreditasiya edilir və sertifikatlaşdırılır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim edilib. Bu istiqamətdə atılan növbəti innovativ addım elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir.

Bununla bağlı “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Gələn ilin əvvəlindən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində bu xidmətdən vətəndaşlar istifadə edəcəklər.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva çıxış ediblər.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yerə, “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin və nəfəs yollarının fəaliyyətinin monitorinq üsulu” ixtiraları II yerə, “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan edilib. Qaliblər diplom və mükafatlarla ilə təltif ediliblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH