İyulun 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° , gündüz 28-30° olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-230 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21° , gündüz 30-35° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16° isti, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-21° , gündüz 26-31° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-20° , gündüz 25-30° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23° , gündüz 30-35° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-22° , gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaqdır.