İyulun 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperatur gecə 20-24° , gündüz 35-38° isti, yarımadanın bəzi yerlərində 40°-dək isti olacaqdır.
Bakıda gecə 22-24°, gündüz 37-39° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı, 756 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-65 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-260 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 14-19°, gündüz 30-35° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25° , gündüz 35-40° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°-dək isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 21-26°, gündüz 36-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
İyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigenin azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaqdır.
Gözlənilən anomal isti hava şəraiti haqqında xəbərdarlıq
İyulun 8-də yüksək temperatur fonunda ölkə ərazisinə daxil olan qısamüddətli istilik dalğası nəticəsində maksimal temperaturun Aran rayonlarında və Naxçıvan MR-da 40-42°, Bakıda və Abşeron yarımadasında 38-40°-dək yüksələcəyi gözlənilir.