İYULUN BƏZİ GÜNLƏRİNDƏ HAVANIN TEMPERATURU NORMADAN ARTIQ OLACAQDIR
Bakı, 30 iyun (AZƏRTAC). İyulda havanın temperaturu, habelə yağıntının səviyyəsi iqlim normalarına yaxın, bəzi günlər normadan artıq olacaqdır. Respublika ərazisində yağıntının miqdarı qeyri-bərabər bölünəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 25-26 dərəcə (gecə 21-24 dərəcə, gündüz 30-33 dərəcə, bəzi günlər 38 dərəcəyədək qalxacaqdır), yağıntının səviyyəsi normaya yaxın (2-3 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 25-27 dərəcə (gecə 16-21 dərəcə, gündüz 30-34 dərəcə, bəzi günlər 40 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (6-16 mm), bəzi günlər normadan artıq olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 16-19 dərəcə (gecə 11-15 dərəcə, gündüz 20-24 dərəcə isti, bəzi günlər 30 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (36-73 mm), bəzi yerlərdən normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 24-26 dərəcə (gecə 16-21 dərəcə, gündüz 27-32 dərəcə, bəzi günlər 38 dərəcəyə yüksələcəkdir), yağıntının səviyyəsi normaya uyğun (10-32 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 21-24 dərəcə (gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə, bəzi günlər 36 dərəcəyədək isti), yağıntının səviyyəsi normaya yaxın (9-118 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət 25-28 dərəcə (gecə 19-23 dərəcə, gündüz 31-36 dərəcə isti, bəzi günlər 40 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (3-22 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 24-26 dərəcə (gecə 18-22 dərəcə, gündüz 28-33 dərəcə, bəzi günlər 38 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (7-33 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.