İyunun 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti
havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 24-27° isti təşkil edəcəkdir.
Bakıda gecə 21-23° isti, gündüz 24-26° isti olacaqdır.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-28° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 24-29° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaqdır.