İyunun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Bakıda gecə 17-19° isti, gündüz 22-26° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaqdır.
Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21dərəcə isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, ehtimalı var.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti,
gündüz 16-21° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, eyni zamanda meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.