İyunun 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava az buludlu, yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacaqdır.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaqdır.