Kaliforniya qubernatoru özünü “azad dünyanın lideri” adlandırıb
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ-da federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda Kaliforniya qubernatoru Qevin Nyusom özünü “azad dünyanın lideri” elan edib.
AZƏRTAC xəbər verir ki, Qevin Nyusom bu barədə özünün sosial media hesabında yazıb. “Yaxşı xəbərlər var. Əgər Vaşinqton işləmirsə, deməli, mən azad dünyanın lideriyəm”, - deyə qubernator bildirib. Həmçinin bir sıra sosial təşəbbüslərlə çıxış edən Qevin Nyusom ümumi səhiyyə xidməti, məktəblilər üçün pulsuz nahar və uşaq baxımı, yüksəkmaaşlı iş yerləri, eləcə də bəzi gömrük rüsumlarının ləğvi barədə təkliflərini səsləndirib. O, həmçinin marixuananın leqallaşdırılması və Teylor Sviftin pərəstişkarlarına “Ticketmaster” platformasında bilet satışı zamanı əlavə ödənişlərin ləğvini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə təminatının olmaması səbəbindən oktyabrın 1-dən fəaliyyətini qismən dayandırıb. Bu vəziyyət hökumət xərcləri ilə bağlı məsələ ətrafında demokratlar və respublikaçılar arasında razılığın əldə olunmaması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]