SİYASƏT
Kamal Cəfərov Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü təyin olunub
Strasburq, 24 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü təyin olunub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarlar Fraksiyası tərəfindən irəli sürülüb və yekdilliklə qəbul olunub. AŞPA-nın Bürosu Milli Məclisin deputatı Kamal Cəfərovun Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü təyin edilməsi ilə bağlı qərar qəbul edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq